Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Leninqrad"lılar Sankt-Peterburqu rüsvay ediblər

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidLeninqrad qrupunun lideri Sergey Şnurov. Arxiv şəkli
Leninqrad qrupunun lideri Sergey Şnurov. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prokurorluq şəhərin qanunvericilik məclisinin üzvü Yevgeni Marçenkonun sorğusu əsasında "Leninqrad"la bağlı araşdırma başlayıb. Millət vəkilinin sorğusunda qrupun kliplərinin şəhəri rüsvay etdiyi iddia olunur.

BAKI, 23 may — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhər prokurorluğu "Leninqrad" musiqi qrupunun "Piterdə içmək" klipini araşdırmaq barədə qərar verib. Buna səbəb qrupun çəkdiyi klipdə şəhərin rüsvay edildiyi iddiasıdır.

Belə ki, "Leninqrad" qrupunun "Piterdə içmək" klipində 5 peşə sahibinin işdən çıxan kimi alkoqolizmlə məşğul olduğu əks edilib. Sputnik RİA-ya istinadən xəbər verir ki, qrupun əksər mahnılarında kəskin söyüş ifadələri də yer alır.

Xəbərə görə, şəhər prokurorluğu "Leninqrad"la bağlı araşdırmanı Sankt-Peterburqun qanunvericilik məclisinin üzvü Yevgeni Marçenkonun sorğusu əsasında aparır. Millət vəkilinin sorğusunda "Leninqrad" qrupunun kliplərinin şəhəri rüsvay etdiyi iddia olunur.

Xəbər lenti
0