Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"ABŞ-ın Avropadakı hərbi fəallığına qarşı tədbir görəcəyik"

© Sputnik / Artyom Zhitenev / Mediabanka keçidRusiyanın S-400 raket kompleksi
Rusiyanın S-400 raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN: "ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı tədbirlər görüləcək. Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür"

BAKI, 4 fev — Sputnik. "Amerikalılar növbəti il üçün Avropada hərbi xərcləri 4 dəfə artıracaqlarını bəyan ediblər. Buna qarşı simmetrik tədbirlərin görülməsi lazım deyil". Sputnik xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib.

O, ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı tədbirlər görüləcəyini bildirib: "Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür və görüləcək".

Xatırladaq ki, ABŞ administrasiyası 2017-ci il maliyyə ilində avropalı tərəfdaşlarının müdafiəsi üçün 3,4 milyard dollar ayıracağını açıqlayıb.

Xəbər lenti
0