Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ağ Ev Rusiyanı Suriyadakı addımlarına görə hədələyib

© AFP 2023 / Brendan SmialowskiVaşinqton Ağ Ev
Vaşinqton Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya İŞİD -ə qarşı mübarizəyə konstruktiv tövhə verməsə belə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terror qruplaşmasına qarşı addımlarını davam etdirəcək.

BAKI, 9 okt — Sputnik. Rusiya İŞİD —ə qarşı mübarizəyə konstruktiv tövhə verməsə belə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terror qruplaşmasına qarşı addımlarını davam etdirəcək.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.  

“Rusiyanın İŞİD –lə  mübarizəyə konstruktiv tövhə versə biz bunu alqışlayardıq. Lakin, buna   baxmayaraq, biz bu dəstəyi almasaq belə, koalisiyanın əməliyyatları davam etdiriləcək”, deyə o bildirib.  

Coş Ernest  Rusiyanı Suriyadakı addımlarına görə daha geniş beynəlxalq təcridlə hədələyib.

Xəbər lenti
0