23:19 09 Dekabr 2016
Canlı yayım
Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Ukraynaya xəbərdarlıq etdi

МИД России
RUSİYA
Qısa URL
5 0 0

Vladimir Putin: Ukraynalı istehlakçıya qaz digər qonşu ölkələrə, məsələn, Polşaya, satılan qiymətə satılmalıdır.

BAKI, 25 iyun-Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukraynaya xəbərdarlıq edib ki, bundan sonra ona ucuz qaz satmayacaq.

Sputnik RİA Novosti-ə istinadən xəbər verir ki, prezident neftin qiymətinin ucuzlaşması nəticəsində Rusiyanın bundan sonra Ukraynaya güzəştli qiymətlə qaz sata bilməyəcəyini deyib.

“Burada əsas məsələ qiymətdir. Neftin qiymətinin kəskin enməsi öz növbəsində qazın qiymətinə təsir edir və biz əvvəlki kimi qazın qiymətini o səviyyədə endirə bilmərik. Ona görə də ukraynalı istehlakçıya qaz digər qonşu ölkələrə, məsələn, Polşaya, satılan qiymətə satılmalıdır.” — deyə prezident Putin bəyan edib.

Rusiya prezidenti əlavə edib ki, Nazirlər Kabineti qazın hansı həcmdə ucuzlaşdırılmasını hesablamalıdır və bununla bağlı müvafiq qərar verməlidir.

Rusiyanın enerji naziri Aleksandr Novak deyib ki, Ukrayna cari ilin oktyabrınadək 19-20 mlrd kubmetr qaz almaq niyyətindədir.


Əsas mövzular