14:17 04 Dekabr 2016
Canlı yayım
Nikolay Patruşev - Rusiya Təhlükəsizlik Şurasının katibi

ABŞ Rusiyanın ölkə kimi mövcud olmasını istəmir

Azərtac
RUSİYA
Qısa URL
15 0 0

Nikolay Patruşev: Biz çox böyük sərvətə malikik. Amerikalılar isə hesab edirlər ki, biz bu sərvətlərə qanunsuz sahiblik edirik

BAKI, 22 iyun — Sputnik. ABŞ həmişə dünyada hakim mövqe tutmağa çalışır. Bu məqsəd onların doktrinalarında yer alıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev belə deyib. 

Sputnik APA-ya istinadən xəbər verir ki, Patruşev ABŞ-ın Rusiyanın bir ölkə kimi mövcud olmasını istəmədiyini deyib. 

“Biz çox böyük sərvətə malikik. Amerikalılar isə hesab edirlər ki, biz bu sərvətlərə qanunsuz sahiblik edirik və buna heç layiq deyilik, çünki, onların fikrincə, biz bu sərvətlərdən lazımi qaydada istifadə etmirik” — deyə Patruşev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi bununla bağlı  ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın açıqlamasını xatırladıb.  Madlen Olbrayt vaxtilə bəyan etmişdi ki, nə Uzaq Şərq, nə də ki, Sibir Rusiyaya məxsus deyil.  

Patruşev qeyd edib ki, ABŞ Avropa ölkələrini Rusiyaya qarşı kökləyərək onları sanksiyalar tətbiq etməyə vadar edir: “Qərbdə anlayırlar ki, Krımda baş verənlərin hamısı qanuni olub, yəni referendum və sair əsasında baş verib. Onların, əslində, Krımla bağlı heç bir etirazları da yoxdur. Və mən düşünürəm ki tədricən hər şey öz axarına qayıdacaq.”  

O, ABŞ-ın Avropaya təzyiqi ilə bağlı daha bir misal gətirib: “Dəfələrlə avropalılardan kimlərsə Moskvaya səfər etmək niyyəti barədə məlumat verib, səfərin tarixi əvvəlcədən  müəyyənləşdirilib. Lakin sonradan yazılı məktub göndərilib və səfərin hansısa səbəbdən baş tutmayacağı bildirilib. Qeyri-rəsmi isə bildirilib ki, amerikalılar güclü təzyiq edərək səfər etməməyə tövsiyə edib.”   

Rusiya Təhlükəsizlik Şurasının katibi bunun səbəbinin amerikalıların güclü, avropalıların isə iradəsiz olmasındadır: “ABŞ həmişə dünyada hakim mövqe tutmağa çalışır. Bu məqsəd onların doktrinalarında yer alıb. Hələlik onlar bunu edə bilir: dünyadakı dəyişiklərə baxmayaraq, onlar hələ ki hakim mövqedədir.”  

Əsas mövzular