14:17 04 Dekabr 2016
Canlı yayım
Nikita Mixalkov - rejissor

Nikita Mixalkovun "Günvurma" filmi Şanxayda mükafat alıb

RİA Novosti
RUSİYA
Qısa URL
8 0 0

Rusiyalı kinorejissor Nikita Mixalkovun "Günvurma" filmi 18-ci Şanxay beynəlxalq kino festivalında "Ən yaxşı operator işi"nə görə "Qızıl kubok" mükafatına layiq görülüb.

BAKI, 21 iyul — Sputnik. Rusiyalı kinorejissor Nikita Mixalkovun "Günvurma" filmi 18-ci Şanxay beynəlxalq kino festivalında  "Ən yaxşı operator işi"nə görə "Qızıl kubok" mükafatına layiq görülüb. 

Sputnik Ria Novosti-yə istinadən xəbəe verir ki, mükafatı filmdəki kadrların operatoru  Vladislav Opelyants alıb. 

"Günvurma" filmi İvan Buninin iki əsəri  "Günvurma" (1925) və 1918-1920-ci illərdə yazılmış gündəliklərdən ibarət "Lənətli günlər" əsasında çəkilib.

Buninin əsərləri əsasında film çəkmək ideyası 37 il əvvəl rejissorun ağlına gəlib. Lakin o, bu ideyanı yalnız 2010-ci ildə reallaşdıra bilib. Filmin dünya üzrə premyerası 2014-cü ilin 3 oktyabrında Belqradda (Serbiya), 2014-cü ilin 4 oktyabrında isə Rusiyada keçiriləb. Film böyük ekrana həmin ilin 9 oktyabrında çıxıb.

Film daha əvvəl Rusiya Federasiyasının "Qızıl qartal" kino mükafatına layiq görülüb.  

18-ci Şanxay beynəlxalq kino festivalı 13-21 iyun tarixlərində keçirilib. Müsabiqədə ABŞ, Polşa, Yaponiya, Tayvan və Fransadan 14 film iştirak edib. Münsiflər heyətində Çin, Cənubi Koreya, Fransa, Honkonq və ABŞ-dan olan kino xadimləri təmsil olunub. Münsiflər heyətinə rusiyalı rejissor Andrey Zvyaqintsev  rəhbərlik edib. 


Əsas mövzular