21:22 09 Dekabr 2016
Canlı yayım
Alina Kabayeva - gimnast

Bakı Alina Kabayevaya xoşbəxtlik gətirib

peopletalk
RUSİYA
Qısa URL
69 0 0

Rusiyanın “Natsionalnaya Media Qruppa” holdinqinin direktorlar şurasının sədri, Olimpiya çempionu, dünya və Avropa çempionu, Rusiyanın Əməkdar İdman Ustası Alina Kabayeva: Həyat kredom “Özünə qalib gəl!” şüarıdır.

BAKI, 20 iyun — Sputnik. Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir, mən bu məqamı xüsusilə vurğulamaq istəyirəm ki, dünya səviyyəli hadisədir. Bu sözləri Rusiyanın “Natsionalnaya Media Qruppa” holdinqinin direktorlar şurasının sədri, Olimpiya çempionu, dünya və Avropa çempionu, Rusiyanın Əməkdar İdman Ustası Alina Kabayeva “Moskva-Baku” portalının müxbiri Yuliya Tkaçovaya müsahibəsində deyib. 

Kabayeva idmanın xalqları birləşdirən vasitə olduğunu vurğulayıb. "Bakıda keçirilən Avropa Oyunları az qala bir ay ərzində dinc xəbərlər mənbəyi olacaq. Məncə, bu, çox gözəl haldır. Belə hadisələr nə qədər çox olsa, Avropa qitəsinin xalqları bir o qədər mehriban olar." — deyə məşhur gimnast bildirib. 

Kabayevanın fikrincə, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz Mehriban Əliyevanın başçılıq etməsi böyük əhəmiyyət daşıyır: “Bu o deməkdir ki, idman tədbirinə dövlət miqyasında dəstək göstərilir və Azərbaycan Avropa Oyunları ilə bağlı bütün məsələlərin həllinə böyük məsuliyyətlə yanaşır. Biz Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma mən öz ölkəsində idmanın inkişafına, o cümlədən bədii gimnastikanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm. Bu gözəl və enerjili, yeri gəlmişkən, bizim idman növünə yaraşan qadın 2000-ci illərin əvvəllərində Azərbaycan Gimnastika Federasiyasına başçılıq edib, Onun səyləri ilə bədii gimnastika respublikada elə yüksək səviyyəyə çatıb ki, dünya miqyaslı yarışlardan medallar gətirməyə başlayıb. Əvvəllər Azərbaycanın əsas idman uğurları güləş ilə bağlı idisə, birinci xanımın rəhbərliyi ilə gimnastlar da medallar qazanmağa başlayıblar. Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi dünya səviyyəsinin əldə edilməsinin etirafı olub."

Azərbaycanda bədii gimnastikanın mövqeyinin həmişə möhkəm olduğunu vurğulayan Kabayeva deyib ki, bildiyinə görə, bu gün gimnastika respublikada ən sevimli idman növlərindən biridir.

Bakıdakı çıxışlarını yada salan Rusiyalı gimnast bu şəhərə sevgisini belə ifadə edib: "Qələbə qazandığım bütün şəhərlərə mənə xoşbəxtlik gətirən şəhərlər kimi baxıram. Bakı da həmin şəhərlər sırasındadır. 2003-cü ildə Dünya Kubokunun mərhələ yarışlarından biri orada keçirilirdi. Mən, demək olar ki, bütün qızıl medalları qazandım. 2005-ci ildə isə Bakıya dünya çempionatına bir tamaşaçı kimi gəldim. Bakı gözəl və müasir şəhərdir, dinamik inkişaf edən ölkənin paytaxtıdır. Təəccüblü deyil ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi məhz Azərbaycana etibar olunub."

Kabayeva idmanın insanın formalaşmasına etdiyi təsirdən danışarkən deyib: "İdman insanın xarakterində elə xüsusiyyətləri inkişaf etdirir ki, həmin xüsusiyyətlər həyatda daim onun köməyinə çatır. Bu, ilk növbədə məqsədini görmək və müxtəlif çətinlikləri dəf edərək ona doğru getməkdir. Mənim idman kredom, ümumiyyətlə həyat kredom “Özünə qalib gəl!” şüarıdır. İdman sayəsində başa düşmüşəm ki, ən ciddi düşmən elə özüməm. Ciddi məsələlərin həllində ən böyük maneələr də elə öz içimizdədir. Özünə üstün gəlməyi öyrənsən, deməli, məqsədinə çata bilərsən. Bir də birinci addım atmaqdan qorxmaq lazım deyil. Əgər niyyətin təmizdirsə, insanlar üçün faydalı iş görürsənsə, özünü güclü hiss edirsənsə, onda qorxma, birinci addım at və irəli get. Hər şey alınacaq."

Teqlər:
Rusiya

Əsas mövzular