21:57 02 Dekabr 2016
Canlı yayım
Vladimir Putin - Rusiya prezidenti

Vladimir Putin Qərblə əməkdaşlığa hazır olduğunu bəyan edib

RİA Novosti
RUSİYA
Qısa URL
18 0 0

Rusiya prezidentu: Yeni qlobal mərkəzlərlə fəal əməkdaşlığımız o demək deyil ki, Qərb tərəfdaşlarımızla dialoqa az əhəmiyyət veririk.

BAKI, 19 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Qərb ölkələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. 

Sputnik xəbər verir ki, prezident Putin BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiyanın Qərblə əməkdaşlığa hazır olduğunu deyib.

"Yeni qlobal mərkəzlərlə artan fəal əməkdaşlığımız o demək deyil ki, Qərb tərəfdaşlarımızla dialoqa az əhəmiyyət veririk. Əməkdaşlığımızı mütləq davam etdirəcəyimizə əminəm." — deyə Rusiya prezidenti bildirib.

Vladimir Putin Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu da əlavə edib.

Əsas mövzular