10:45 03 Dekabr 2016
Canlı yayım
Sergey Narışkin - Rusiya Dövlət Dumasının sədri

Narışkin: Rusiyada növbədənkənar prezident seçkilərinə ehtiyac yoxdur

flikr
RUSİYA
Qısa URL
3 0 0

Rusiya Dövlət Dumasının sədri: Dumaya seçkilər vaxtından 3 ay əvvəl keçirilib və bu prinsipial məqam deyil.

BAKI, 19 iyun — Sputnik. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin keçmiş maliyyə naziri Aleksey Kudrinin növbədənkənar prezident seçkiləri ilə bağlı təklifini şərh edərkən deyib ki, Rusiyada növbədənkənar prezidenti seçkilərinin keçirilməsinə ehtiyac yoxdur. 

Sputnik xəbər verir ki, Narışkin növbədənkənar prezident seçkilərini məqsədəuyğun hesab etmədiyini bildirib. 

Rusiya parlamentinin aşağı palatası sədrinin sözlərinə görə, Dövlət Dumasına seçkilər vaxtından 3 ay əvvəl keçirilib və bu prinsipial məqam deyil. “Demək olar ki, bu texniki qərardır və prezident seçkiləri üçün sadəcə olaraq arqument deyil” — deyə Narışkin əlavə edib. 

iyunun 19-da Rusiya Dövlət Dumasının plenar iclasında prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı sənədə ilk oxunuşda baxılacaq.

Əsas mövzular