10:00 08 Dekabr 2016
Canlı yayım
C-300

Rusiya Azərbaycana silah satarkən Ermənistanla pariteti qoruyur

bastion-karpenko.narod.ru
RUSİYA
Qısa URL
22 0 0

Nikolay Bordyuja: Azərbaycana silah satışı Rusiya rəhbərliyinin göstərişi həyata keçirilir.

BAKI, 18 iyun-Sputnik. Rusiya Azərbaycana silah satarkən Ermənistanla paritetin qorunmasını nəzərə alır. Sputnik xəbər verir ki, bunu “Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja erməni jurnalistin “Rusiyanın Azərbaycana silah satmasından KTMT nə dərəcədə narahatdır?” sualını cavablandırarkən deyib.

Bordyuja bildirib ki, Rusiya rəhbərliyinin göstərişi ilə Azərbaycana silah satışı həyata keçirilir: “Qeyd etmək istəyirəm ki, Rusiya tərəfindən Azərbaycana silah-sursat satılarkən paritetin qorunması nəzərə alınır. Hər bir silah növü individual olaraq Azərbaycana satılır. Bu zaman ölkənin iqtisadi marağını da nəzərə alırıq və ona ziyan vurmamağa çalışırıq. Azərbaycana satılan silahlarla yanaşı, Ermənistana da lazımi qədər silah-sursat göndərilir və satılır.”

Əsas mövzular