21:58 02 Dekabr 2016
Canlı yayım
Rusiya prezidenti Vladimir Putin

Putinin nüvə açıqlaması qalmaqal yaratdı

МИД России
RUSİYA
Qısa URL
27 0 0

Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı son açıqlaması NATO ilə bu ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

BAKI, 17 iyun – Sputnik. Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı son açıqlaması NATO ilə bu ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. 

Vladimir Putin paytaxt Moskvada təşkil edilən Hərbi texnologiyalar sərgisinin açılışında, ölkənin müdafiə sektoruna 40 ədəd yeni nəsil nüvə başlıqlı ballistik raketlər əlavə ediləcəyini söyləyib. 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya liderinin bəyanatını olduqca təhlükəli adlandırıb. 

“Rusiyanın dünyanı nüvə silahı ilə təhdid etməsi sabitliyi pozur və olduqca təhlükəlidir”, deyə NATO baş katibi bildirib.

Bir çox politoloq, Putinin nüvə bəyanatının zamanına diqqət çəkib. Onlar, Kreml rəhbərinin bu fikrə Amerika Birləşmiş Ştatlarının Şərqi Avropa ölkələrinə hərbi təchizat və ağır silah göndərmə qərarından sonra gəldiyini düşünürlər.

Əsas mövzular