11:57 11 Dekabr 2016
Canlı yayım
Yuliya Volkova

Populyar aktrisa müğənni “qanuni oğru” ilə ailə qurub

vk.com
RUSİYA
Qısa URL
34 0 0

Yuliya Volkova: Hörmətli jurnalistlər, biri-birinə sarılmış iki sevgilinin fotosu təsdiq edir ki, bu gənclər bir neçə aydır görüşürlər.

BAKI, 17 iyun-Sputnik. Populyar aktrisa və müğənni “qanuni oğru” ilə ailə həyatı qurub.

Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda 35 yaşlı “qanuni oğru”, kriminal aləmdə Giya Qalski kimi tanınan Giorgi Zarandiya “TATU”-nun tanınmış sabiq solisti, populyar müğənni və aktrisa Yuliya Volkova ilə ailə həyatı qurub.

Cütlük son dövrlərdə aralarındakı münasibətləri cəmiyyətdən gizlətməyiblər. Hazırda Volkova hamilədir.

Volkova barələrində gəzən söz-söhbətə son qoymaq məqsədilə açıqlama verib. O deyib: “Hörmətli jurnalistlər, şəkildən göründüyü kimi biri-birinə sarılmış bu iki sevgilinin fotosu təsdiq edir ki, bu gənclər bir neçə aydır görüşürlər və bunu da dostlarından gizlətmirlər.” Yuliya hətta hamilə olduğunu bildirib.

Əsas mövzular