06:09 11 Dekabr 2016
Canlı yayım
Millət vəkili Elman Məmmədov

Deputat: Biz Rusiyadan sözdən real addımlara keçməsini gözləyirik

meclis.gov.az
RUSİYA
Qısa URL
9 0 0

Elman Məmmədov: Biz Rusiyadan Qarabağ məsələsində ədalətli mövqe və bu istiqamətdə real addımlar gözləyirik.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Qarabağ məsələsində Rusiyadan ədalətli mövqe nümayiş etdirməyi gözləyir.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Elman Məmmədov RF prezidenti Vladimir Putinin  Bakı görüşlərinin yekununu  şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ və Azərbaycanın digər tarixi torpaqlarında erməniləri köçürülməsində Çar Rusiyasının xüsusu rolu olub və bu proses daha sonra sovet dönəmində və ondan sonra da baş verib: “Biz bu prosesin 1988-1992-ci illərdə və ondan sonra da Qarabağ münaqişəsi zamanı şahidi olmuşuq. Buna baxmayaraq Rusiya rəsmiləri, başda Vladimir Putin olmaqla hər zaman bəyan edirlər ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarlarıdır.  Bəyan edirlər ki, əgər tərəflər razılığa gələrlərsə, o zaman münaqişənin həllində vasitəçilik  etməyə hazırdırlar. Ancaq biz bunun sözdən real işə keçdiyini görmürük.”

Millət vəkili əlavə edib ki, Azərbaycan beynəlxalq aləmin, xüsusən də Qərbin təzyiqlərinə baxmayaraq Rusiyaya hərtərəfli  dostdur və bunu əməldə də sübut edir. 

“Rusiya da bundan qazanır. Ancaq hələ ki, Rusiya tərəfdən adekvat reaksiya yoxdur. Biz Rusiyadan Qarabağ məsələsində ədalətli mövqe və bu istiqamətdə real addımlar gözləyirik. Bu mövqe nədən ibarət ola bilər? Bildiyimiz kimi Ermənistan Rusiyanın bir quberniyası və forpostu hesab olunur. Ermənistan adlanan oyuncaq dövlət bu gün Rusiyanın əlində regionda öz siyasətini həyata keçrimək üçün bir alət ölkədir. Odur ki, əgər Rusiyanın marağı olarsa və Qarabağ münaqişəsinin real olaraq ədalətli və qansız sülh yolu ilə həllini istəyərsə, o zaman Ermənistanın mövqeyinə ehtiyac yoxdur. Çünki Ermənistan Rusiyanın bir quberniyası olduğundan ona qarşı çıxa bilməyəcək. Heç Rusiyaya da onun mövqeyi gərəkli deyil. Rusiya Ermənistana “qulaqburması” verərək işğal olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb edə bilər. Deyə bilər ki, əks təqdirdə Azərbaycanla üz-üzə qalacaqsan.  Belə olan halda Azərbaycan nəinki işğal olunmuş torpaqları və Qarabağı işğaldan azad edəcək, hətta tarixi ititrilmiş torpaqları azad etməyə qadirdir. Biz Rusiyadan bax bu mövqeyi nümayiş etdirməyi gözləyirik.”

Əsas mövzular