10:44 03 Dekabr 2016
Canlı yayım
Rusiya prezidenti Vladimir Putin

Vladimir Putin tələbələrlə hərbi innovasiyaları müzakirə edəcək

МИД России
RUSİYA
Qısa URL
3 0 0

Rusiya prezidenti "Ordu-2015" beynəlxalq hərbi-texniki forumunun açılış mərasimində iştirak edəcək və Federasiyanın iki qabaqcıl texniki universitetinin tələbələri üçün videokonfrans keçirəcək

BAKI, 16 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Ordu-2015" beynəlxalq hərbi-texniki forumunun açılış mərasimində iştirak edəcək. 

Sputnik Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Putin hərbi sahədəki innovasiyalarla tanış olacaq, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin və Sibir Federal Universitetinin (Krasnoyarsk şəhəri) tələbələrilə videokonfrans rejimində görüşəcək. O, tələbələrlə hərbi xidmət və bu sahədəki elmi çağırışlar barədə fikir mübadiləsi aparacaq.  

Birinci "Ordu-2015" beynəlxalq hərbi-texniki forum 16-19 iyun tarixlərində "Patriot" parkının konqres-sərgi mərkəzinin yeni bazasında keçiriləcək. 

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfədir ki, xaricdəki hərbi tərəfdaşlarının, hərbi-sənaye və elmi-istehsal sahələrinin nümayəndələrinin iştirakı ilə belə bir tədbir keçirir. Burada məqsəd  hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək, bu zaman elmi-texniki sahədəki innovasiyalardan istifadənin zəruriliyini diqqətə çatdırmaqdır. 


Teqlər:
Vladimir Putin, Rusiya

Əsas mövzular