10:48 03 Dekabr 2016
Canlı yayım
Rövşən Rzayev-deputat

Deputat: Vladimir Putinlə İlham Əliyevin görüşündən uğur əldə edəcəyik

apa.az
RUSİYA
Qısa URL
7 0 0

Rövşən Rzayev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən Qarabağ münaqişəsinin həlli istiqamətində uğur gözləyir.

BAKI, 10 iyun – Sputnik. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birlyinin İdarə Heyətinin üzvü, millət vəkili  Rövşən Rzayev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən Qarabağ münaqişəsinin həlli istiqamətində uğur gözləyir. O, Sputnik-ə müsahibəsində səfəri yüksək dəyərləndirdiyini və bunun iki ölkə arasındakı əlaqələrin nə qədər isti olduğunun göstəricisi hesab etdiyini deyib: “Bu səfər eyni zamanda Rusiya prezidentinin Azərbaycana və prezident İlham Əliyevə olan münasibətinin göstəricisidir. Məhz bu göstəriciyə görə, prezident Putin Azərbaycanda keçirilən Avropa oyunlarının əhəmiyyətinə qiymət verərək Bakıya gəlir.”

Rzayevin fikrincə, bu cür ünsiyyətlər nəticəsində Azərbaycan  bir sıra uğurlara imza atıb və bundan sonra da atacaq: “Vladimir Putinlə olan ünsiyyətlərdən uğurlar əldə edəcəyimizə inanıram. İnanıram ki, hər zaman olduğu kimi, Azərbaycan ölkənin inkişafı baxımından bu dəfə də uğurlara imza atacaq.”

Prezident Putinin Bakıya səfərinın Qarabağ münaqişəsinin müsbət həllinə təsiri ilə bağlı səslənən fikirlərə münasibətini bildirən millət vəkili deyib ki, Qarabağ məsələsi hər zaman ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir və bütün görüşlərdə olduğu kimi bu görüşdə də bu məsələnin həlli ilə bağlı Rusiya prezidenti ilə müzakirələr aparacaq. Nəticəni isə görüşün yekunundan sonra bilmək olar. 


Əsas mövzular