09:57 08 Dekabr 2016
Canlı yayım
Rəngli yağış

Rəngli yağış yağdı

fullhdoboi.ru
RUSİYA
Qısa URL
7 0 0

Rusiyanın Surqut şəhərinin sakinləri bu gün səhər tezdən küçələrdəki sarı və yaşıl rəngli yağış gölməçələrini görəndə təəccübləniblər.

BAKI, 9 iyun — Sputnik. Rusiyanın Surqut şəhərinin sakinləri bu gün səhər tezdən küçələrdəki sarı və yaşıl rəngli yağış gölməçələrini görəndə təəccübləniblər.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rəngli yağışı görmək Xanti-Mansi muxtar mahalı inzibati mərkəzinin bir çox sakinlərinə nəsib olub. Ekoloqlar isə əhalini sakitləşdirərək rəngli yağışın təhlükə törətmədiyini, bunun bitkilərin çiçəklənmə dövrü ilə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, çiçəklənmə dövründə bitkilərin tozcuğu yağışa qarışır və buna görə də yağış damlaları müxtəlif rənglər alır.

Sinoptiklər isə yaxın günlərdə Surqutda şimşək çaxacağını, yağışın davam edəcəyini deyirlər. Sabah isə küləyin gücü saniyədə 20 metrə çatacaq və hava bir qədər də soyuyacaq. Günəşli günlər isə yalnız gələn həftə müşahidə olunacaq.

Əsas mövzular