22:01 02 Dekabr 2016
Canlı yayım
RUSİYA

Azərbaycanlıya rəhmi gəldiyinə görə cəzalanacaq

RUSİYA
Qısa URL
10 0 0

Rusiyanın Bryansk vilayətinin Vıqoniç rayonunun prokurorluğu ticarət mərkəzlərində xarici vətəndaşları qeyri-qanuni işlədənlərə qarşı reyd keçirib.

BAKI, 8 iyun — Sputnik. Rusiyanın Bryansk vilayətinin Vıqoniç rayonunun prokurorluğu ticarət mərkəzlərində xarici vətəndaşları qeyri-qanuni işlədənlərə qarşı reyd keçirib.

Reyd nəticəsində "Flaqman" ticarət pavilyonunun "Moskovskaya yarmarka" zalında qeyri-qanuni olaraq satıcı işləyən azərbaycanlı və onu işə götürmüş rusiyalı biznesmen saxlanılıb.

Prokurorluq azərbaycanlının ölkəsinə deportasiya olunacağını bildirib. Biznesmeni isə cəza gözləyir.

Maraqlıdır ki, sahibkar bu addımını çoxuşaqlı ailəyə sahib olan azərbaycanlıya "yazığı gəlməsi" ilə izah edib.

Onun sözlərinə görə, "mərhəmət göstərməyə görə cəza vermək düzgün deyil".

 

Əsas mövzular