23:51 06 Dekabr 2016
Canlı yayım
Puşkin

Bakıda Puşkinin doğum günü qeyd edilib

apa.az
RUSİYA
Qısa URL
4 0 0

Tatyana Kərimova: Belə tədbirlər Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rol oynayır.

BAKI, 6 iyun — Sputnik. Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü Bakıda qeyd olunub.

Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» Cəmiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq  böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

Səbail rayon İcra Hakimiyyətindən Sputnik-ə daxil olan məlumata görə, Bakının mərkəzində A.S.Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından  gül dəstələri qoyulub.

Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrujestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəniyyət mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açıb. O, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin,  Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.

Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən  sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında  rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə  Səbail rayonu 132-134 saylı Təhsil Kompleksinin və 160 saylı Klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, ingilis və  ispan dillərində səslənmiş, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

Əsas mövzular