23:15 09 Dekabr 2016
Canlı yayım
RUSİYA

Ukraynada vəziyyət qarışdı, 13 nəfər həlak oldu

RUSİYA
Qısa URL
11 0 0

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib, ordu ilə Rusiya tərəfdarı döyüşçülər arasında qarşıdurmalar 3 bölgədə şiddətlənib.

BAKI, 4 iyun – Sputnik. Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Ordu ilə Rusiya tərəfdarı döyüşçülər arasında qarşıdurmalar 3 bölgədə şiddətlənib. 

Sputnik Euronews-a istinadən xəbər verir ki, döyüşlər əsasən Mavriopol və Donetsk ətrafı ərazilərdə gedir. Kiyev hökuməti verdiyi yazılı açıqlamada, 3 əsgərin həyatını itirdiyini məlumat verib. Bundan başqa Rusiya tərəfdarı 10 döyüşçünün də həlak olduğu qeyd olunub. 

Öz müstəqilliklərini elan edən Donetsk Xalq Respublikası rəsmiləri Ukrayna tərəfini Minsk atəşkəs müqaviləsini pozmaqda təqsirləndirib.

Özlərini bölgənin müdafiəçiləri kimi təqdim edən ayrılıqçı dəstə, ordunun hücumu nəticəsində Donetskdə xeyli sayda sivilin həyatını itirdiyini bildiriblər.


Əsas mövzular