06:13 11 Dekabr 2016
Canlı yayım
Vladimir Çijov

Avropa Birliyinin qərarı Rusiyanı əsəbiləşdirdi

tvc.ru
RUSİYA
Qısa URL
7 0 0

Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa parlamentindəki iclaslara girişinə limit qoyulub.

BAKI, 3 iyun – Sputnik. Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa parlamentindəki iclaslara girişinə limit qoyulub. 

Bu qərar, Rusiyanın bəzi avropalı siyasətçilərə ölkəyə giriş qadağası qoymasından sonra alınıb. 

AB-dən verilən yazılı açıqlamaya görə, bu gündən etibarən Vladimir Çijov ancaq rəsmi dəvət aldıqdan sonra Parlamentin sessiyalarında çıxış edə biləcək.  

Avropa Birliyinin yeni qərarına Moskvanın reaksiyası gecikməyib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu addımı zəiflik əlaməti kimi dəyərləndirib. 

“Əslində Avropa Parlamentinin iclaslarına getməmək də olar. Çünki orda əhəmiyyətli qərarlar onsuz da qəbul edilmir. Parlamentdəki çoxluğun kimlərdən təşkil edildiyinə baxsaq, alınacaq qərarları asanlıqla əvvəlcədən bilmək olar”, deyə Ryabkov bildirib. 

Əsas mövzular