10:01 08 Dekabr 2016
Canlı yayım
Bakı Avropa oyunları

Putinin I Avropa Oyunları ilə bağlı tənqidi müsbət nəticə verdi

baku2015.com
RUSİYA
Qısa URL
34 0 0

Vladimir Putinin Rusiya telekanallarını I Avropa Oyunları kimi vacib idman xəbərlərini lazımınca işıqlandırmadıqlarına görə tənqidi öz nəticəsini verib.

BAKI, 3 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Rusiya telekanallarını I Avropa Oyunları kimi vacib idman xəbərlərini lazımınca işıqlandırmadıqlarına görə tənqidi öz müsbət nəticəsini verib.

Sputnik xəbər verir ki, Avropa Oyunları Rusiyanın bir neçə telekanalında və internet portallarda  yayımlanacaq.

"Bakı 2015" I Avropa Oyunlarının Rusiya ərazisində yayımı məqsədilə “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb. Telekanal qonşu ölkədə Oyunların həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib.

Müqaviləyə əsasən, "Bakı 2015" Rusiyada 53 milyon evə yayımlanacaq. “Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi — Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

Telekanalın idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib ki, Avropa Oyunları 12 idman növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya imkanları verir. Eyni zamanda, Rusiya Oyunlarda ən geniş tərkibdə təmsil olunacaq: "Məhz bu səbəbdən, “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

İyunun 2-də Rusiya prezidenti Vladimir Putin "Bakı 2015" I Avropa Oyunlarını ölkə telekanallarının yayımlamamasından narazılığını bildirib.

Əlaqədar

Vladimir Putin telekanalları I Avropa Oyunlarına görə tənqid etdi
Bakı-2015: Bolqarıstan yığması Bakıya gəlib
Bakı-2015 I Avropa Oyunlarının məşəli Sumqayıta gedib

Əsas mövzular