10:42 03 Dekabr 2016
Canlı yayım
СПУТНИК_Очень странно - Путин об арестах чиновников ФИФА по запросу США

Vladimir Putin telekanalları I Avropa Oyunlarına görə tənqid etdi

© Sputnik /
RUSİYA
Qısa URL
76 0 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya telekanallarını I Avropa Oyunları kimi vacib idman xəbərlərini lazımınca işıqlandırmadıqlarına görə tənqid edib.

BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya telekanallarını I Avropa Oyunları kimi vacib idman xəbərlərini lazımınca işıqlandırmadıqlarına görə tənqid edib. Bu barədə Sputnik RİA Novosti-yə istinadən xəbər verir. 

İyunun 12-dən 28-nə kimi Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Növbəti Avropa oyunlarının hər dörd ildə bir dəfə keçirilməsi qərara alınıb. 

"Bu necə ola bilər? İndi Jukov (Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov) mənə kağız göndərib ki, dünya səviyyəli idman hadisəsini- Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını bizim kütləvi informasiya vasitələrindən, kanallardan heç kəs işıqlandırmaq istəmir" — deyə Putin İdman Şurasının iclasında bildirib.  

"Mən başa düşürəm ki, bugünkü büdcəylə əlaqədar olaraq məhdudiyyətlər var….Amma elə şeylər var ki, onlar vacibdir, bu dünya idman hadisəsidir — tarixdə ilk dəfə Avropa olimpiya oyunları keçirilir" — deyə Putin əlavə edib. 

Putinin sözlərinə görə, görünür bəzi prioritetləri dəqiqləşdirmək lazımdır:  "Görünür bugünkü idmanın təşkilati sistemində informasiya təminatı yüksək səviyyədə, yəni mükəmməl deyil."

Əlaqədar

Daxili Qoşunların I Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanıldı
I Avropa Oyunlarının açılışına 20-dək prezident qatılacaq
Bakı-2015 I Avropa Oyunlarının məşəli Sumqayıta gedib

Əsas mövzular