14:30 07 Dekabr 2016
Canlı yayım
Yermoşin

Rus məmur azərbaycanlı biznesmenin katerindən itkin düşüb

crimerussia.ru
RUSİYA
Qısa URL
5 0 0

Yermoşin gəzinti zamanı İrtış və Ob çaylarının qovuşduğu ərazidə katerdən yıxılıb.

BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiyasının Yuqra-Xantı-Mansiysk muxtar vilayətinin qubernatorunun müavini Vitali Yermoşinin itkin düşməsinə dair işin təfərrüatları məlum olub.

Sputnik LifeNews-a istinadən xəbər verir ki, Yermoşin gəzinti zamanı İrtış və Ob çaylarının qovuşduğu ərazidə katerdən yıxılıb. Məmurun yıxıldığı gəminin sahibi isə 55 yaşlı biznesmen Teyfur Heybətovdur.

Milliyyətcə azərbaycanlı olan Heybətov əyalətdə iri inşaat şirkətinin rəhbəri və mesenat kimi məşhurdur.

O, yerli müəllim və məmurlara həvəslə yardım edir, bu dəfə də öz katerini Vitali Yermoşina ödünc verib.

Qeyd edilir ki, həmin gün kateri Yermoşin özü idarə edib. Mənbə qeyd edir ki, Grandezza markalı kater 5,5 milyon rubl dəyərindədir.

İlkin dəyərləndirməyə əsasən çay gəzintisi zamanı gəmi saya oturub, qubernator müavini göyərtəyə çıxıb və oradan suya yıxılıb.

Yermoşinin axtarışları davam edir, amma hələ ki, bir nəticə verməyib.

Əsas mövzular