23:18 09 Dekabr 2016
Canlı yayım
Elmar Məmmədyarov

Rusiya Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir

atvxeber.az
RUSİYA
Qısa URL
13 0 0

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin ötən həftə keçirilmiş görüşündə tərəflər bu istiqamətdə danışıqların davam etdirilməsi qərarına gəliblər.

BAKI, 1 iyun — Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyir.

Bu barədə jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla ötən həftə keçirilmiş görüşdə tərəflər bu istiqamətdə danışıqların davam etdirilməsi qərarına gəliblər. 

Məmmədyarov yaxın müddətdə bu məsələ ilə bağlı növbəti görüşlərin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, danışıqların formatı ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyən olunmalıdır.

Xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli məsələsində pozitiv dinamikanın tərəfdarıdırlar. Məmmədyarov bunu indiyədək prosesdə əldə edilmiş "pozitiv nəticə" adlandırıb.

Əlaqədar

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir
Karin Enström: Avropa Qarabağ münaqişəsinin həllinə diqqət ayırmalıdır
Moskvada Qarabağ münaqişəsi bölgəsindəki vəziyyət müzakirə olunub
ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir

Əsas mövzular