Ekspert: Mənzil tələbatının 10%-i sosial mənzillər tərəfindən ödəniləcək

Abunə olmaq
Ekspert: Sosial evlər strateji yol xəritəsi çərçivəsində tənzimlənir

Vüqar Bayramlı: Bu, mənzil bazarındakı qiymətlərə təsir edəcək
Dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

İqtisadçı-ekspert Vüqar Bayramlı deyir ki, illik mənzilə olan tələbatın 10%-i sosial mənzillər tərəfindən ödəniləcək: “Sosial evlər strateji yol xəritəsi çərçivəsində tənzimlənir. Həmin strategiyaya əsasən, sosial evlərin mənzil bazarına təsirlərini minimumlaşdırmaq üçün nəzərdə tutulub ki, sosial evlər vasitəsilə təlabatın 10%-i ödənilsin. Birinci mərhələdə vətəndaşlara 2000 mənzil təklif ediləcək, növbəti illərdə isə 3000 mənzilin vətəndaşlara təklif edilməsi nəzərdə tutulub. Bu isə o deməkdir ki, illik mənzilə olan tələbatın 10%-i sosial mənzillər tərəfindən ödəniləcək”.

“Sosial evlərin inşası mənzil bazarına da təsir göstərəcək. Birincisi, bunun mənzil bazarına psixolojı təsirləri var. Çünki bazara yeni yol ilə mənzillər təklif olunur. Digər tərəfdən isə, bunun iqtisadi təsiri var. Çünki təklif artır və bu, bazardakı təklifin bir hissəsini bazardan çıxarır. Mənzil almaq istəyənlərin bir qismi artıq sosial mənzil vasitəsilə mənzil alır və nəticədə, tələb azalır. Tələbin azalması isə qiymətlərə təsir göstərir”, — deyə o bildirib.

Xəbər lenti
0