Ekspert: Rayonların özünü maliyyələşdirməyə keçməsi müsbət haldır

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Rəşad Həsənov: 2017-ci ilin dövlət büdcəsinin hazırlanmasında istifadə olunan metodologiya fərqlidir

İqtisadçı-ekspert Rəşad Həsənov
"2017-ci ilin dövlət büdcəsi hazırlanarkən, 33 rayonun özünü maliyyələşdirməsi məsələsi var. Rayonların özünü maliyyələşdirməsinin təşkili müsbət haldır. Bu, rayonların iqtisadi gücünün, gəlirlərin artımı deməkdir". Bunu Sputnik-ə açıqlamasında, iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hazırda 2017-ci ilin dövlət büdcəsinin hazırlanmasında istifadə olunan metodologiya fərqlidir:

"Belə ki, yanaşma gəlirlərin artımı hesabına rayonların özünü maliyyələşdirməsinə keçidi şəklində olmadı. Burada yerli xərclərin azaldılması hesabına özünü maliyyələşdirən rayonların sayında artım müşahidə olundu. Belə ki, yerli xərclərin, təxminən 60-65 faizi təhsil xərcləri hesab olunur. 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən, ibtidai məktəblər xaric, digər bütün növ təhsil xərcləri yerli xərclərin siyahısından çıxarıldı və mərkəzləşdirilmiş xərclərə aid edildi. Bu, bundan sonrakı dövrdə regional maliyyə idarələri, şöbələri vasitəsilə paylanacaq". 

Xəbər lenti
0