16:09 06 Dekabr 2016
Canlı yayım
В студии радио Sputnik
© Sputnik / Konstantin Chalabov

Komitə rəsmisi: Yanvarın 1-dən Azərbaycan yeni naviqasiya sisteminə keçir

RADİO
Qısa URL
208 0 0

Anar Nərimanov: Yeni naviqasiya proqramı bütün Azərbaycanı əhatə edir

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov deyir ki, gələn il Azərbaycanın ilk naviqasiya proqramı istifadəyə veriləcək: “Bu, Azərbaycanda ilk milli naviqasiya proqramıdır. Proqramda olan bütün məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsinin ünvan reyestri informasiya sisteminə daxil edilmiş məlumatlar əsasında hazırlanıb. Həm ünvana görə bir nöqtədən o biri nöqtəyə getmək, həm bir obyektdən digər obyektə getmək imkanlarına malikdir”.

“Proqramda yol üstündə olan radarlar, sürət həddi və tıxaclar nəzərə alınmaqla məlumatlar verilir. Eyni zamanda, yol üzərində olan avtomobil dayanacaqları və yanacaqdoldurma məntəqələri barəsində də məlumatlar təqdim olunur. Proqram bütün Azərbaycanı əhatə edir, bütün yol nəqliyyat infrastrukturu obyektləri naviqasiya sisteminə daxil edilib. Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, türk, fransız dillərini də dəstəkləyir”, — deyə o bildirib. 

Əsas mövzular