21:24 09 Dekabr 2016
Canlı yayım
Politoloq Tofiq Abbasov
© Sputnik / Murad Orujov

Politoloq Lukaşenkonun Bakıya səfərini şərh edir

RADİO
Qısa URL
56 0 0

Tofiq Abbasov: Bizim münasibətləri korlamaq istəyən ölkələr də var

Politoloq Tofiq Abbasov deyir ki, Belorus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri bir çox yerli və xarici KİV-lərində müsbət xəbərlərlə qarşılanıb: “Çünki söhbət iki adekvat subyektin – dövlətlərimizin qarşılıqlı münasibətlərindən gedir. Bizim ölkələrin başında illüziyalarla məşğul olmayan, geo-iqtisadi parametrləri anlayan praqmatiklər dayanıb. İki ölkə arasında siyasi dialoqdan idmana qədər müxtəlif sahələrdə möhkəm əlaqələr var. Bütün bu amillər və ölkə başçılarının mütəmadi səfərləri göstərir ki, əlaqələrimiz yüksəlişə doğru hərəkət edir”.

“Bizim münasibətləri korlamaq istəyən ölkələr də var. Elə böyük dövlətlər var ki, öz daxilində baş verən ən kobud insan hüquqları pozuntularına göz yumaraq bizə nəsə öyrətməyə çalışır. Misal üçün ABŞ-da keçirilən prezident seçkilərinə baxa bilərik. Lakin Bakı və Minsk hər sahədə xeyir verən inkişaf istiqamətini seçərək əsl dövlətlərarası münasibətlərin necə olduğunu göstərirlər”, — deyə o bildirib.

Əsas mövzular