Politoloq: Trampın Azərbaycanda müəyyən maraqları var

© Sputnik / Murad OrujovНа мероприятии в Мультимедийном пресс-центре Sputnik Азербайджан было обсуждено будущее азербайджанского телевидения
На мероприятии в Мультимедийном пресс-центре Sputnik Азербайджан было обсуждено будущее азербайджанского телевидения - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov: Amerika-Rusiya münasibətlərində müəyyən dəyişikliklər baş verəcək

Fikrət Sadıxov: ABŞ-da siyasi təcrübəsi olmayan bir şəxs seçilib
Politoloq Fikrət Sadıxovun sözlərinə görə, ABŞ-ın siyasi mənzərəsi radikal şəkildə dəyişilib: “Bu dəyişiklik ondan ibarətdir ki, sistemli siyasətçinin əvəzinə siyasi təcrübəsi olmayan bir şəxs seçilib. Bu onun göstəricisidir ki, Amerika vətəndaşı Amerika administrasiyası tərəfindən aparılan siyasətdən narazıdır”.

“Yeni seçilmiş preizdent Tramp anlayır ki, Rusiya və postsovet məkanında yerləşən digər respublikalarla yeni bir istiqamət qurmaq lazımdır. Çünki o, indiki administrasiyanı buna görə dəfələrlə tənqid edib. Onun fikrincə, Obama administrasiyası Rusiya və postsovet məkanındakı respublikalarla münasibətlərdə çoxlu səhv edib”, — deyə o bildirib. 

Xəbər lenti
0