02:25 05 Dekabr 2016
Canlı yayım
Доктор филологии, профессор Бакинского государственного университета Гулу Магеррамли
© Sputnik / Murad Orujov

Professor: KİV ana dilimizin qayda-qanunlarına hörmətlə yanaşmalıdır

RADİO
Qısa URL
22 0 0

Qulu Məhərrəmli: Elə sözlər var ki, deyildiyi kimi yazılır, amma elə sözlər var ki, onda hərflər tələffüz zamanı dəyişir.

Professor Qulu Məhərrəmli deyir ki, elə sözlər var ki onların yazılışında bəzən qaydaları nəzərə almırlar, ona görə də tez-tez səhvlər ortaya çıxır:

"Uzun sözlər var ki, orada hərfləri "yeyirlər". "Müvəffəqiyyət", "niyyət", "cümhuriyyət" kimi sözlərdə bir "y" hərfini yazmırlar ki, bu da böyük səhvdir". Professor hər kəsi, xüsusilə KİV nümayəndələrini ana dilimizin qayda-qanunlarına hörmətlə yanaşmağa, çətinliyə düşüldüyündə, "yola vermək" əvəzinə, lüğətlərdən istifadə etməyə səsləyib.

"Amma dilin yazı və tələffüz şəkli var. Bunlar bir-birindən fərqlənir. Elə sözlər var ki, deyildiyi kimi yazılır, amma elə sözlər var ki, onda hərflər tələffüz zamanı dəyişir. Məsələn: "quşlar" yazırıq, amma "quşdar" oxuyuruq", — ekspert vurğulayıb.

Əsas mövzular