Supermarketlərdə bu məhsulları alanda diqqətli olun

© Sputnik / Murad OrujovПрилавок супермаркета
Прилавок супермаркета - Sputnik Azərbaycan
Abunə olmaq
Pəhriz üçün aldığınız qıdalar əks təsir gösrətib sizi kökəldə bilər

Bayramlar ərəfəsində biz adətən daha çox yeyirik. Mədəyə verdiyimiz “bayram”dan sonra isə supermarketlərə üz tutub pəhriz məhsulları olan rəfləri axtarırıq. Məhz burada biz çox böyük bir səhv edə bilərik.

Artıq çəki ilə mübarizə dünya əhalisinin əksər hissəsini narahat edən məsələdir. Lakin marketlərdə “yüngül” məhsulları alarkən ehtiyyatlı olmaq lazımdır. Çünkü “yağsızlaşdırılmış” heç də “dietik” demək deyil. Belə bir nəticəyə Stanford Universitetinin tədqiqatçıları gəliblər. Təqdiqatlar göstərib ki, yağsızlaşdırılmış süd məhsullarından istifadə arıqlamaya səbəb olmur, əksinə bəzi hallarda kökəlməyə gətirib çıxarır.

Bunun izahı çox sadədir. Belə məhsulları dadlı etmək üçün onlara daha çox şəkər və ya fruktoza əlavə olunur. Bu isə yalnız kalori sayını artırır. Təbii ki, müxtəlif kimyəvi qatqılardan da istifadə olunur və bəzən də onların miqdarı “pəhriz” məhsullarında adi məhsullardan daha çox olur.

Piylənmənin amerikalıların milli problemlərindən biri olduğu heç kimə sirr deyil. Lakin onlar sağlam qida rejiminə keçməyə cəhd göstərəndə də, kökəlməyə davam edirlər. Onlar məsələnin nədə olduğunu da anlaya bilmirlər, axı ilk baxışdan onlar düzgün davranırlar. Təqdiqatçıların sözlərinə görə, məsələ məhz bu süni “pəhriz” yeməklərindədir. 

Ona görə də, əgər sizin məqsədiniz həqiqətən də sağlam qida almaqdırsa, “0% yağ” kimi gözəçarpan yazılara aldanmayın. Tənbəllik etmədən tərkibi öyrənməyə bir dəqiqə vaxt ayırın. Axı sizin sağlamlığınız öz əlinizdədir.

Xəbər lenti
0