14:17 04 Dekabr 2016
Canlı yayım
ЕСПЧ взыскал с России компенсации пострадавшим при теракте на Дубровке
© RIA Novosti.

Avropa Məhkəməsinin qərarı presedent yarada bilər

RADİO
Qısa URL
63 0 0

Ekspertlər bildirir ki, Çıraqovların məhkəmə iddiasının təmin edilməsi Ermənistanın işğalçı olduğunu bir daha sübut etdi.

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatası  (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxardı. Məhkəmənin qərarı 10 il əvvəl Ermənistana qarşı iddia qaldırmış Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup azərbaycanlıların leyhinə oldu. 

Laçın rayon sakinləri Çıraqovlar 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, mülkiyyətlərinin ermənilərin ələ keçirdiyini bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. 

Onlar iddia ərizələrində Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə etmək imkanlarının olmadığı üçün Ermənistan hakimiyyətinin buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəmədiyini qeyd etmişdilər. 

Strasburq Məhkəməsi on ildən sonra çıxardığı qərarda şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

Məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib.

Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. 

Azərbaycan Xarici İşlər Nazirliyi Strasburq məhkəməsinin qərarı ilə bağlı yaydığı bəyanatda bildirilir ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistanın baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır. 

Bəyanatda Ermənistanın üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir. Bununla əlaqədar ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq öhdəliyi daşıyır.

Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. 

Ekspertlər Avropa Məhkəməsinin qərarını BMT-nin 4 qətnaməsindən daha vacib və əhəmiyyətli hesab edir.

Politoloq Elxan Şahinoğlu: “Bu qərarda elə detallar göstərilib ki, BMT-nin dörd qətnaməsində onlar yoxdur. BMT-nin dörd qətnaməsində ümumi ifadələr var ki, “torpaqlar boşaldılmalıdır”. Amma Avropa Məhkəməsinin qərarında bəzi detallara da xüsusi önəm verilir. Məsələn, torpaqların işğal olunması faktı, Ermənistanın bu məsələdəki rolu haqda müəyyən fikirlər var, qaçıqnların təhlükəsiz şəraitdə geri qayıtmaq hüququnun olması haqda fikirlər var. Bu müəyyən president də yaradır. Bu qərara Ermənistanın işğalçı olduğunu bir daha sübut edir”.   

Bir qayda olaraq Azərbaycana ikili standartlarla yanaşan Avropanda atılan bu addım münaqişənini həllinə dair danışıqların sonrakı gedişinə necə təsir edə bilər? Politoloq Elxan Şahinoğlunun yanaşması belədir: “İndi əsas olan odur ki, Avropa təşkilatları, ATƏT-in Minsk Qrupu, həmsdərlər Avropa İnsan Haqları Məhkəmsinin qərarını da əllərində rəhbər tutsunlar. Bu qərar sülh danışıqlarını daha da intensivləşdirməlidir. Çünki həmin laçınlı ailənin təhlükəsiz şəraitdə öz yerlərinə geri qayıtmaq hüququ var. Amma ermənilər bu şəraiti yaratmayacaqlar. Bu qərar beynəlxalq təşkilatların fəaliyyətində əsas kimi götürülməlidir”.  

Qeyd edək ki, məhkəmə prosesinə Din Şpilman sədirlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Avropa İnsan Haqları Məhkəməsinin hakimi Xanlar Hacıyev qərarla bağlı bildirib ki, “Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri,Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qərarları ilə siyasi baxımdan tanınıb”. 

Əsas mövzular