23:15 09 Dekabr 2016
Canlı yayım
Отдых в Краснодарском крае
Mikhail Mokrushin

Günəş şualarından uzaq olmaz lazımdır

RADİO
Qısa URL
96 0 0

Son günlər havaların isti keçməsi meteohəssas insanlarda narahatlıq yaradır.

Son günlər havaların isti keçməsi meteohəssas insanlarda narahatlıq yaradır. Bəs bu istilərlə nə etməli? Necə qorunmalı? Əməkdaşımız Ravid Zaidov da həkimlər və sinoptiklərlə söhbət edərək bu suallara cavab axtarıb. 

Hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə həssas olan bir qrup insan var ki, onlara meteohəssas insanlar deyilir: “Hava şəraitinin dəyişikliklərinə əsasən, atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması kimi hidrometeoroloji proseslər həmin insanlara öz təsirini göstərir. Bunu daha çox ürək, damar və tənəffüs yolu xəstəlikləri olan insanlara şamil etmək olar.

Havada meteohəssas insanlara təsir edən amillər həm yayda, həm də qış fəslində müşahidə edilir. Amma yay aylarında bu daha çox — hava temperaturunun 35 dərəcədən çox yüksəldiyi zamanlarda baş verir. Çünki isti hava şəraiti bəzi xəstələrin özlərini pis hiss etmələrinə səbəb olur.

Hava dəyişmələri hansı təhlükələrə səbəb ola bilər və bu xəbərdarlıqlar zamanı nə etməli olduğumuzu öyrənməyə çalışdıq.

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına mərkəzi hospitalının kardeoloqu Elmar Məmmədov “Sputnik”ə hava dəyişmələri zamanı ürək-damar sistemində baş verə bilən təhlükələr haqda danışıb: 

“Birinci növbədə istidən qorunmaq, çoxlu maye qəbul etmək lazımdır. Əsas odur ki, bədəndən itirilən mayenin, yəni hidratasiyanın qarşısını almaq mümkün olsun. Günün əsas şualanma vaxtları daha çox saat on bir – dörd-beş arası intervalda olduğundan bu intervalda günəş şualarından uzaq olmaz lazımdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, isti hava şəraiti hələ bir müddət davam edəcək: 

“Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitinin yağmursuz keçəcəyi, Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 37-42, dağlıq rayonlarında 27-32 dərəcə, Bakıda və Abşeron yarımadasında isə, 32-37 dərəcə isti təşkil edəcəyi gözlənilir”.

Xatırladaq ki, tibbi-meteoroloji proqnoza əsasən, iyunun 24-26-da bəzi saatlarda isti temperatur diskomfortu xüsusilə gündüz vaxtlarında meteohəssas insanlar üçün əlverişsiz olacaq.


Əsas mövzular