14:28 07 Dekabr 2016
Canlı yayım
Парламентская ассамблея Совета Европы
© Foto: PACE's official website

Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkəniz haqqında düşünün

RADİO
Qısa URL
90 0 0

Siyavuş Novruzov: “Avropanın özündə bu gün Azərbaycanda olduğu kimi insan hüquqları və azadlıqları qorunmur”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iynunu 23-də keçirilən iclasında AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş Ivinskinin hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq, qəbul olunub. 

Səməd Seyidov qətnamənin qərəzli və məqsədli şəkildə hazırlandığını xatırladaraq Dağlıq Qarabağ məsələsini diqqətə çatdırıb:Qətnamə layihəsinin müzakirəsi zamanı bəzi avropalı deputatlar Azərbaycanda insan haqlarının vəziyyətinə görə qərəzli mövqe nümayiş etdiriblər və Azərbaycan nümayəndə heyətinin kəskin mövqeyi ilə qarşılaşıblar. AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Rəfael Hüseynov səsləndirilən fikirlərə və ittihamlara cavab veriblər.

“Artıq yetər. Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir. Siz burada Azərbaycanda həbs olunan insanlardan danışdınız. Bəs niyə görə ön xəttdə öldürülən insanların insan haqlarından danışmırsınız? O cümlədən valideynləri Dağlıq Qarabağda qeyri-qanuni həbsdə saxlanılan uşaqların haqlarından. Biz qeyri-qanuni həbslə bağlı bir söz belə eşitmədik. Siz bizdən üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməyəi tələb edirsiniz. Əgər siz öz işinizi düzgün yerinə yetirirsinizsə, onda soruşuram: necə olur ki, bu gün Azərbaycanı tənqid edənlər öz ölkələrinizdə insan haqlarına riayəti təmin etməyə qadir belə deyillər? Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkəniz haqqında düşünün”.

Səməd Seyidov Azərbaycanda həyata keçirilən islahatlardan da danışıb.

"Biz korrupsiyaya qarşı mübarizəyə dair proqramlar hıyata keçirməyə başladıq. Çoxlu sayda məsələr öz həllini tapdı. Buna görə bizi tənqid edirsiniz? Biz əlimizdən gələni edirik. Bu gün bizim Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına dair Avropa İnsan Haqları Məhkəməsinin qərarı var”-, deyə Səməd Seyidov bildirib.

Azərbaycan nümayəndə heyyətinin üzvü Rəfael Hüseynov isə çıxışında bildirib ki, bu qətanmənin qəbul olunması da rəsmi Bakıya qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir.

“Ayrı-ayrı parlamentlər öz səlahiyyət çərçivələrini aşaraq digər bir ölkənin daxili işinə qarışmaqla məşğul olurlar. Bunların hamısı bir mərkəzdən idarə olunur. Azərbaycanın artan inkişafı, ictimai-siyasi sabitlik, beynəlxalq tədbirlərin keçirilməsi, xüsusilə I Avropa Oyunlarının yüksək səviyyədə hazırlanması bizi istəməyən qüvvələrdə qıcıq yaradır. Azərbaycan haqda müxtəlif xoşagəlməz, qeyri-obyektiv fikirlər, rəylər, qərarlar qəbul edirlər”.Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Sputnik”ə açıqlamasında  AŞ PA-nın qətnaməsinə münasibət bildirib:

Siyavuş Novruzov AŞ PA-nın Azərbaycana və Ermənistana münasibətlərdə həmişə ikili standartlarla yanaşdığını deyir:

“AŞ PA-da Azərbaycandan vəziyyəti pis olan onlarla dövlət var. Avropanın özündə bu gün Azərbaycanda olduğu kimi insan hüquqları və azadlıqları qorunmur. Dünən Ermənistanda baş verən hadisələr son on ilin ən böyük qarşıdurması idi. Amma neçə gündür bununla bağlı nə bir müzakirə aparılıb, nə də bir qərar verilib. Həmçinin BBC, CNN, EURONEWS kimi kanalllar bu hadisələri öz efirləri vasitəsi ilə göstərmirlər. Amma, Azərbaycanda bir nəfərə nə olursa, bütün gün ərzində bunu göstərirlər. Bu da onların qərəzliliyindən irəli gəlir”.

Siyavuş Novruzov AŞ PA-nın Azərbaycana və Ermənistana münasibətdə həmişə ikili standartlarla yanaşdığını deyir.

 


Əsas mövzular