Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Videokörpü: Minskdə Polad Bülbüloğlunun baletinin təqdimatı keçiriləcək

© Photo : bolshoibelarus.byБалет "Любовь и Смерть"
Балет Любовь и Смерть - Sputnik Azərbaycan
Abunə olmaq
10 iyun 2016-cı il, saat 13:00-da Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsü olacaq.

Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılacaq.

Jurnalistlər Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri ilə nəinki yaradıcılıq, digər məsələləri də müzakirə etmək imkanı qazanacaqlar. Diplomat Qarabağ bölgəsində münaqişəli vəziyyətin gərginləşməsi barədə sualları da cavablandırmağa hazırdır.

Minskdəki iştirakçılar:
— "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu;
— MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.

Tədbirdə Minskdə keçirilən MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının təqdimat mərasimində iştirak edən Azərbaycanın musiqi ictimaiyyətinin nümayəndələrinin də iştirakı planlaşdırılır.

Bakıdakı iştirakçılar:
— məşhur musiqişünas və diplomat Nigar Axundova;
— Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova;
— Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov

Akkreditasiya:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbədə keçiriləcək.

Xəbər lenti
0