21:14 17 Yanvar 2017
Canlı yayım
Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov

Böyük Vətən Müharibəsi veteranlarının həyat hekayələri işıqlandırılacaq

© Sputnik / Irade Celil
Press-relizlər
Qısa URL
Faşizm üzərində qələbə (6)
27 0 0

Sputnik Azərbaycan yeni layihə hazırlayıb. Qələbə günü ilə bağlı veteranların tarixçələri və şəxsi arxivlərindən əldə edilmiş fotoşəkillər yayımlanacaq.

BAKI, 6 may — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosu 9 may tarixi ərəfəsində Azərbaycanın və azərbaycanlıların Böyük Vətən Müharibəsində iştirakı barədə silsilə materiallar yerləşdirib. Sputnik Azərbaycan məqalə və video formatında ölkəmizin müxtəlif regionlarından müharibə veteranlarının xatirələrini təqdim edəcək. 

Hekayələrdə veteranların şəxsi arxivlərindən əldə edilmiş fotoşəkillər istifadə olunacaq. Bu cür hekayələr silsiləsinə, həmçinin qələbə uğrunda həlak olmuş müharibə iştirakçılarının ailə üzvlərinin xatirələri daxil olacaq.

Sputnik Azərbaycan xüsusui olaraq Qələbə günü münasibətilə videoinfoqrafika formatında təqdimat hazırlayıb. Burada şəxsi vəsaitlərindən cəbhə üçün yardım toplayan Azərbaycan əhalisinin fədakarlığından, böyük qələbədə Bakı neftinin rolundan, Azərbaycan milli diviziyalarının şücaətindən və azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının sayından bəhs edəcək.

Sputnik Azərbaycanın rəhbəri: "Böyük Vətən Müharibəsindəki qalibiyyət — Sovet İttifaqının bütün xalqlarının möhtəşəm nailiyyətidir. Sputnik Azərbaycan bu layihəsi ilə həlak olmuş qəhrəmanların xatirəsini anır və bu Qələbə gününü bizə bəxş etmiş veteranlarımıza öz ehtiramını bildirir".

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Mövzu:
Faşizm üzərində qələbə (6)

Əlaqədar

Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər
Azərbaycanlı veteran Varşava səmasında necə vurulmasında danışdı
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər
Əfqanıstan müharibəsi veteranları cəbhə xəttinə gedəcəklər
Teqlər:
həyat hekayəsi, xatirə, veteran, Böyük Vətən Müharibəsi

Əsas mövzular