QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sputnik sülhə səsləyir

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidSputnik radio
Sputnik radio - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Beynəlxalq İnformasiya Agentliyi Azərbaycan və Ermənistan sosial şəbəkə istifadəçilərini sülhə səs verməyə çağırıb

BAKI, 6 apr — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin əks tərəflərində olan Sputnik Azərbaycan və Sputnik Ermənistan redaksiyalarının kollektivləri öz oxucularını və sosial şəbəkə istifadəçilərini hərbi əməliyyatların dayandırılması və sülh danışıqları prosesinin başlaması naminə birgə çıxış etməyə çağırıb. Oxucular Sputnik Azərbaycan və Sputnik Ermənistan portallarında və sosial şəbəkələrində aksiyanı hər kəs iki saytın əsas səhifəsində bannerə klikləməklə dəstəkləyə bilər. Sosial şəbəkələrin istifadəçiləri onu öz akkauntlarında yerləşdirərək paylaşa bilərlər.

Əziz Əliyev, Sputnik Azərbaycan-ın rəhbəri: "Sputnik Azərbaycan üçün bu aksiya sülhə doğru irəliləyiş, qırğın və döyüşləri dayandıraraq danışıqlar masası arxasına keçməli olan tərəflərə çağırışdır".

Dmitri Pisarenko, Sputnik Ermənistan-ın rəhbəri: "Sülh müharibədən yaxşıdır və bu şübhəsizdir".

Sputnik qlobal multimediya layihəsinin resursları ingilis, ərəb, fransız, erməni, alman, Azərbaycan və sair dillər daxil olmaqla, onlarla dildə fəaliyyət göstərir. "Deyilməyənləri deyirik" şüarı Sputnik xəbər resurslarının mahiyyətini tam ifadə edir və çoxqütblü dünyanın mənzərəsini əks etdirməklə, oxuculara dünya gündəmindəki məsələlərə alternativ yanaşmaları təqdim edir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0