06:18 19 Yanvar 2017
Canlı yayım
GUAM Parlament Assambleyasının 9-cu sessiyası

GUAM-ın taleyinə aydınlıq gətirildi

© AZƏRTAC
SİYASƏT
Qısa URL
20901

Elmar Məmmədyarov: "GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur"

BAKI, 15 dek — Sputnik. "GUAM çox dəyərli təşkilatdır. Bəzən GUAM-ın gələcəyinin mübahisəli olması ilə bağlı fikirlər səsləndirilir. Ancaq biz hər zaman GUAM-ın güclü olmasını arzu edirik. GUAM-a üzv dövlətlərin birgə əlaqələrini gücləndirmək üçün ilk növbədə üzv ölkələr öz müstəqilliyini və suverenliyini gücləndirməlidir".

Sputnik xəbər verir ki, bu gün Bakıda keçirilən GUAM Parlament Assambleyasının 9-cu sessiyasında çıxışı zamanı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. O, qeyd edib ki, GUAM ölkələri arasında enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikultralizim məsələləri vacib əhəmiyyət kəsb edir.

"Eyni zamanda, biz iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiniz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq", — nazir bildirib.

"Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir", — XİN başçısı əlavə edib.

Nazir deyib ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı da Azərbaycanın müvafiq bəyanatları mövcuddur: "Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Misal üçün, biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq".

"Hesab edirəm ki, bu prinsipə, qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir", — Məmmədyarov bəyan edib.

Əlaqədar

Azərbaycanın ilk beynəlxalq təşkilata üzv qəbul olunduğu gün
KTMT üzvləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Avropalıların yarısı Türkiyənin AB-yə üzv olacağına inanmır
Britaniyanın AB-də üzvlüyünə dair referendumun tarixi elan edilib
Teqlər:
GUAM, münaqişə, BMT, Elmar Məmmədyarov, üzv, təşkilat

Əsas mövzular