16:11 06 Dekabr 2016
Canlı yayım
Azərbaycan XİN

Azərbaycan avstriyalı jurnalistin xahişini yerə salmadı

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
7 0 0

Avstriyanın "Wiener Zeitung" qəzetinin müxbiri Tomas Sayfertin adı "qara siyahı"ya daxil edilməyib

BAKI, 1 dek — Sputnik. İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, "Wiener Zeitung" qəzetinin müxbiri Tomas Sayfert, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilməməsini xahiş edib. Bu barədə Sputnik-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məktubunda Tomas Sayfert Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycan Respublikasının həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb. Tomas Sayfertin media nümayəndəsi olduğunu və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

Əlaqədar

Yapon jurnalist Azərbaycanın "qara siyahı"sından çıxarıldı
Azərbaycan bolqar səyyahı "qara siyahı"dan çıxardı
Azərbaycan Rusiyanın iki məşhur musiqiçisini "qara siyahı"dan çıxardı
Azərbaycan Kevin O'Konnel və Yannik Pelletiyerin adlarını "qara siyahı"dan çıxardı
Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək
Teqlər:
Tomas Sayfert, siyahı, arzuolunmaz şəxslər, XİN, Xarici İşlər Nazirliyi, Azərbaycan, Avstriya

Əsas mövzular