14:33 07 Dekabr 2016
Canlı yayım
Состоялась встреча Ильхама Алиева и Президента Республики Беларусь Александра Лукашенко один на один

Lukaşenko: Bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz

© Официальный сайт президента Азербайджана
SİYASƏT
Qısa URL
60 0 0

Belarus prezidenti: Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram.

BAKI, 28 noy-Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib ki, Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər.
Sputnik president.az-a istinadla xəbər verir ki, bu gün Azərbaycanda rəsmi səfərdə olan Lukaşenko İlham Əliyevlə görüşüb. Görüş zamanı İlham Əliyev deyib ki, iki dövlət arasında münasibətlər son dərəcə yaxınlıq və dostluq xarakteri daşıyır.

"Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Sizi, Azərbaycanın yaxın dostunu, Azərbaycanda çox sevilən və hörmət bəslənilən bir insanı yenidən Bakıda görmək mənə çox xoşdur. Əminəm ki, Sizin bugünkü səfəriniz əməkdaşlığımıza yeni təkan verəcək. Münasibətlərimizin perspektiv inkişaf istiqamətlərini müəyyən edəcək xeyli sənədlər imzalanacaq. Əlbəttə ki, biz Sizinlə ikitərəfli, regional, hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlər barədə də söhbət edəcəyik." — deyə İlham Əliyev Lukaşenkoya bildirib.

Lukaşenko isə qəbula və xoş sözlərə görə İlham Əliyevə təşəkkürünü bildirib.

"Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir." — deyə Belarus prezidenti bildirib. 

Lukaşenko deyib ki, "Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz."

"Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz.

Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq." — deyə Lukaşenko bildirib.

O, İlham Əliyevi ölkəsinə səfərə dəvət edib:

"Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz."

Əlaqədar

İlham Əliyevlə Aleksandr Lukaşenko Qarabağda baş verən son gərginliyi müzakirə ediblər
Aleksandr Lukaşenko: Xəzərdəki faciə belarusluları qəlbən sarsıtdı
Aleksandr Lukaşenko: Biz Azərbaycan üçün əlimizdən gələni edəcəyik
Lukaşenko Azərbaycana dost dəstəyini ifadə edib
Aleksandr Lukaşenko and içib
Teqlər:
Aleksandr Lukaşenko, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Belarus, İlham Əliyev

Əsas mövzular