SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazarbayev Bakıdan Yerevana gedəcək

© AZƏRTACİlham Əliyev və Nursultan Nazarbayev
İlham Əliyev və Nursultan Nazarbayev - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin iclası keçiriləcək

BAKI, 11 okt-Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfərə gedəcək. Sputnik xəbər verir ki, Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə rəsmi səfərə gələcək", — deyə məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin iclası keçiriləcək. İclasda Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Nazarbayev Ermənistandan əvvəl, oktyabrın 12-də Azərbaycana rəsmi səfər edəcək. O, Yerevana Bakıdan gedəcək.

Xəbər lenti
0