SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarov ABŞ-a getdi

© Sputnik / Murad OrujovElmar Məmmədyarov
Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici işlər naziri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdədir

BAKI, 19 sen — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə gedib. Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşü və digər toplantılarda iştirakı və çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulub.

Xəbər lenti
0