SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Şərq tərəfdaşlığı" XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub

© Deutsche WelleŞərq tərəfdaşlığı sammiti
Şərq tərəfdaşlığı sammiti - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır

BAKI, 18 avq — Sputnik. Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub. APA-nın məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın "5-ci kanal"ına müsahibəsində deyib.

Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq. Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.

Xəbər lenti
0