SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Bizim əleyhimizə uzanan əlləri qırarıq”

© REUTERS / Umit BektasПрезидент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре
Президент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: Bu ölkələrlə formal olaraq diplomatik münasibətlər davam etsə də, ürəyimizdə əsla yerləri yoxdur.

BAKI, 30 iyul – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında Qərb ölkələrini sərt tənqid edib. O, Fətullahçı Terror Təşkilatının 15 iyulda çevriliş cəhdi nəticəsində 237 nəfərin şəhid olduğunu xatırladaraq: “Amma hələ Qərbdən ölkəmizə başsağlığı üçün gələn olmayıb”, — deyib.

Sputnik TRT-yə istinadə xəbər verir ki, Ərdoğan Prezidentlik iqamətgahındakı çıxışı zamanı bunları deyib: “Vətən xainlərinin çevrilişə cəhd etdikləri gecə, 2191 vətəndaşımız yaralayıb. Bunu ancaq kafir edər. Bunu “Mən müsəlmanam, mən türkəm” deyən biri edə bilərmi? Bunların bu millətlə əlaqəsi yoxdur. Bunlar mənim əsgərimin, polisimin içinə sızıb, dövlət təşkilatlarımızın içinə sızıb. Bəziləri bizə ağıl verir. Qərbdən “keçmiş olsun” deyir, sonra qayıdırlar ki, “Vəzifəsindən, işdən çıxarılanlarla bağlı narahatıq”. Siz öz işinizlə məşğul olun. Mənim ölkəmdə çevirilişə cəhd olacaq, 237 şəhidim, 2191 yaralım olacaq, sən də bir başsağlığı verib, arxasınca nəsihət verəcəksənsə, get, o ağlı sən özünə ver”.

Ərdoğan FETÖ terror təşkilatının 40 illik keçmişi olduğunu, amma bu problemi 20 saatda həll etdiklərini, minlərlə olsa belə, idarələrin onlardan tam təmizlənməyə davam edəcəyini, bu barədə xalqın da hökumətlə bərabər mübarizə apardığını vurğulayıb və fikirlərini bu sözlərlə ifadə edib: “Əgər 15 iyulda çevriliş baş tutsaydı, hər kəs üçün 16 iyuldan etibarən tamam başqa həyat başlayacaqdı. Amma millətimiz ortadakı təhdidi görüncə çevriliş cəhdinə qarşı çıxdı, dövlətinin və rəhbərliyinin yanında oldu. Siyasi düşüncəsi fərqli olan insanlar belə bir araya gəldi, gələcəyə ümid  bəxş etdi. Bu gün Türkiyənin yolu daha işıqlı və daha aydındır. Ancaq gələcəyə baxmaq zamanıdır. 15 iyulu dövlət və millət olaraq bir başlanğıc təqviminə çevirməliyik”.

Ərdoğan digər terror qruplarına qarşı da kəskin olduqlarını bildirib və belə deyib: “FETÖ, PKK və DAEŞ kimi bütün terror təşkilatlarının başını əzməkdə də ən kiçik tərəddüd keçirməyəcəyik. Suriyada, İraqda və Liviyada oynanılan oyunları da pozacağıq. Dünyanın hər yerində oynanılan oyunları pozacağıq. Bunların heç biri Türkiyədə yaşananlardan fərqli deyil, hamısı eyni ssenarinin fərqli səhnələridir. Alçaqcasına qətl edilən 237 vətəndaşımıza başsağlığı diləməyənlər, “çevriliş edənlərə pis rəftar etmə” deyənlər, açıq deyirəm, demək, millətimizin gələcəyinə görə narahat deyil və bizim dostumuz ola bilməz. Bu ölkələrlə formal olaraq diplomatik münasibətlər davam etsə də, ürəyimizdə əsla yerləri yoxdur."

Türkiyənin Baş naziri Binəli Yıldırım da mərasimdə çıxış edib, şəhidlərin qanını yerdə qoymayacaqlarını bu sözlərlə bildirib: "Bu gün ən böyük tərif əziz şəhidlərin ruhu üçündür. 15 iyul gecəsinə qədər o qəhrəmanlar yalnız sizin övladlarınız idisə, bu gün bu şəhidlər bütün türk millətinin övladlarıdır… Xalqın gücü tankın gücünü məğlub etdi. Türkiyə Silahlı Qüvvələri içindən Fətullahçı Terror Təşkilatı FETÖ ünsürlərini təmizlədik. Bütün terrorçular və təhrikçilər tək-tək ayırd ediləcək. Bizə maşa uzadanların əlini qırarıq."

Xəbər lenti
0