Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycan Prezidenti ilə ətraflı və səmimi müzakirələr apardıq"

© Sputnik / Murad OrujovRusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun birgə mətbuat konfransı. Bakı, 12 iyul 2016-cı il
Rusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun birgə mətbuat konfransı. Bakı, 12 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov: "Hazırkı müzakirələr prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır"

BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün detalları barədə açıqlama verib. Sputnik xəbər verir ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında Lavrov deyib ki, İlham Əliyevlə ətraflı və səmimi müzakirələr aparıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
RUSİYA
"Türkiyə ilə münasibətlərimizdə daha az nöqsanlarımız olacaq"

"Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır", — Rusiya XİN başçısı bildirib.

S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin "Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".

Xəbər lenti
0