Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə Ərdoğan gələn ay Soçidə görüşə bilər

© AFP 2023 / IVAN SEKRETAREVRəcəp Tayyip Ərdoğan və Vladimir Putin. Arxiv şəkli
Rəcəp Tayyip Ərdoğan və Vladimir Putin. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Hazırda iki ölkə prezidentinin avqustda Soçidə görüşünün reallaşmasını nəzərdən keçiririk. Rəcəb Tayyib Ərdoğan "G-20"nin sammitindən öncə görüşməyə hazırdır"

BAKI, 1 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında "Böyük iyirmilik" (G-20) saamitindən əvvəl — bu ilin avqust ayında görüş baş tuta bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
RUSİYA
Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü keçirilir

Sputnik Ria-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra belə deyib.

"Biz məlum təyyarə hadisəsindən sonra münasibətlərin bərpası ilə bağlı bütün sahələri əhatə edən mövzuları müzakirə etdik. Görüş dostluq şəraitində keçdi. Hazırda Ərdoğanla Putinin avqustda Soçidə görüşünün reallaşmasını nəzərdən keçiririk. Rəcəb Tayyib Ərdoğan "G-20"nin sammitindən öncə görüşməyə hazırdır", — deyə nazir əlavə edib.

Qeyd edək ki, Putinlə Ərdoğanın sentyabrın 4-5-də Çində keçiriləcək "G-20"liyin zirvə toplantısı zamanı görüşəcəyi haqda xəbər yayılmışdı.

Xəbər lenti
0