QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN Lavrovun bəyanatını alqışladı

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Azərbaycan tərəfi danışıqlarda irəliləyiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnəcək substantiv danışıqlara və bu əsasda nəticəyönümlü görüşlərə hazır olduğunu həmişə bildirib"

BAKI, 5 may — Sputnik. "Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanınması baradə qanun layihəsinin müzakirəyə çıxarılmasından təşvişə düşmək üçün əsasın olmadığı haqqında açıqlamasını bölüşür və təqdir edirik".

Russian Foreign Minister Sergei Lavrov - Sputnik Azərbaycan
Lavrov: Ermənistan Dağlıq Qarabağın statusunu birtərəfli qaydada müəyyən etməyəcək

Sputnik xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Azərbaycan tərəfi danışıqlarda irəliləyiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnəcək substantiv danışıqlara və bu əsasda nəticəyönümlü görüşlərə hazır olduğunu həmişə bildirib", — nazirlik sözçüsü bildirib.

Onun sözlərinə görə, qoşunların təmas xətti boyunca atəşkəsin pozulmasından əziyyət çəkən bu əraziyə yaxın məskunlaşmış mülki Azərbaycan əhalisidir: "Ermənistanın Azərbaycan əhalisinə qarşı apardığı etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdə təmas xəttinin Ermənistanın nəzarətində olan hissəsində mülki əhali yoxdur. Atəşkəsin pozuntusunun qarşısının alınması və ya insidentlərin araşdırılması mexanizminin yaradılması Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır".

"Münaqişənin həllinə dair yol xəritəsi məlumdur. Ermənistan özü də bunu çox yaxşı bilir ki, münaqişənin həlli prosesi çərçivəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır", — H. Hacıyev əlavə edib.

XİN rəsmisi sonda qeyd edib ki, ATƏT-in MQ-nin həmsədrlərinin Ermənistan rəhbərliyini sülhə və konstruktiv əsasda danışıqlar prosesinə gətirməsinə ehtiyac var.

Xəbər lenti
0