Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa "islam inqilabı"na doğru

© AFP 2023 / OLIVER BERGKölndə hicablı qadınlar. Arxiv şəkli
Kölndə hicablı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyada hicaba qadağa qoyula bilər. Ölkənin üç ən güclü partiyasından biri anti-islami qərar qəbul edib. Ekspertlər isə bu təhlükəli tendensiyanın qarşısının alınacağı qənaətindədirlər.

Avropa "islam inqilabı"na doğru
BAKI, 3 may — Sputnik. "Almaniya alternativi" sağ populist partiyasının Ştuttgartdakı son qurultayında anti-İslam bəyannamə qəbul olunub. Frans Press-in məlumatına görə, bəyannamədə əks olunan məqamlardan biri miqrant axınının qarşısını almaq üçün maneələrin tətbiqidir.
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
TƏHLİL
Almaniya qondarma "erməni soyqırımı"nı tanıyarsa...

Üç il əvvəl yaradılan və anti-immiqrasiya partiyası sayılan "Almaniya alternativi" hökümətin ölkədə qaçqınlara və miqrantlara sığınacaq verməsinin əleyhinə çıxır. Sorğulara əsasən, "Almaniya alternativi" artıq ölkədəki üç ən güclü partiya siyahısına daxil olub.

"İslam Almaniyanın hissəsi deyil" adlı yekun sənədi qurultayın 2400 iştirakçısı imzalayıb. Bəyənnamə hakimiyyətdən məscidlərin açılmamasını, həmçinin üzü bağlayan hicaba qadağanın qoyulmasını tələb edir.

İlahiyyatçı Yaşar Qurbanov Sputnik-ə açıqlamasında bildirib ki, bu qadağaların reallaşması mümkün deyil: "Avropada mümkün deyil bu, çünki Avropada çoxlu müsəlman yaşayır. Elə Almaniyanın özündə təkcə 3 milyon türk yaşayır, bundan başqa digər müsəlmanlar da yaşayırlar".

"Sadəcə olaraq, onlar insanları qorxutmaq üçün bəzən belə şeylər təşkil edirlər. Belə zənn edirlər ki, islamın qarşısı alınacaq və ya qaçqınların sayı artmayacaq. Amma bu, mümkün məsələ deyil. İnanmıram, belə bir şey alınsın Avropada", —deyə ilahiyyatçı bildirib.

Almaniyadakı miqrant tərəfdarları isə anti-islam qurultayın keçirilməsinə mane olmağa çalışıblar. Minlərlə namayişçi avtomobil şinləri yandıraraq yolları insan zənciri ilə bağlayıblar. Bundan sonra isə polislərlə nümayişçilər arasında bir neçə saat davam edən toqquşma baş verib. Etirazçılar tələb edirdilər ki, qaçqınlar ölkədə qala bilərlər, nasistlər isə getməlidirlər. Nümayişlər zamanı 400 nəfər saxlanılıb.

Qeyd edək ki, "Almaniya alternativi" partiyası özünü iqlim dəyişikliyi və ənənəvi ailə dəyərlərinin itirilməsindən narahat olan milliyyətçi mühafizəkar güc kimi göstərir, eləcə də o, çağırışla hərbi xidmətin qaytarılmasını tələb edir. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2015-ci ildə ölkəyə bir milyondan artıq qaçqın gəlib.

Xəbər lenti
0