SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranla viza rejimi qaldırılır?

© Sputnik / Murad OrujovAzərbaycan XİN rəhbəri Elmar Məmmədyarov
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: "Biz artıq müəyyən işlər görmüşük. İran ilə Naxçıvan arasında gediş-gəliş üçün xüsusi viza rejimi var. Yəqin ki, Azərbaycan ilə İran arasında buna oxşar, bəlkə ondan da təkmil viza rejimi tətbiq ediləcək"

BAKI, 7 apr — Sputnik. "Biz İranla viza məsələsinin həllinə çox yaxınıq". Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünkü qapalı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz artıq müəyyən işlər görmüşük. İran ilə Naxçıvan arasında gediş-gəliş üçün xüsusi viza rejimi var. Yəqin ki, Azərbaycan ilə İran arasında buna oxşar, bəlkə ondan da təkmil viza rejimi tətbiq ediləcək", —deyə nazir bildirib.

Xəbər lenti
0