SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş nazir Milli Məclisdə hesabat verir

© Photo : APAArtur Rasizadə, Azərbaycan Respublikasının baş naziri
Artur Rasizadə, Azərbaycan Respublikasının baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "2015-ci ildə ölkədə infrastruktur layihələrinə və digər sahələrə 16 milyard manata yaxın investisiya qoyulub ki, bunun 56 faizi daxili investisiya olub"

BAKI, 15 mart — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək, "Lisenziyalar və icazələr haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihələrinə baxılacaq.

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Milli Məclisdə büdcə müzakirələri başlayıb

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, 2015-ci ildə infrastruktur layihələrinə və digər sahələrə 16 milyard manata yaxın investisiya qoyulub ki, bunun 56 faizi daxili investisiya olub. Ötən ildə neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna isə 8,8 milyard manat investisiya yatırılıb.

O, bildirib ki, ölkəmiz dünyanın 165 ölkəsi ilə ticarət dövriyyəsi həyata keçirib ki, bu ölkələrdən 65 faizi Avropa ölkələrinin payına düşür. İclasda baş nazir Artur Rasizadə hesabatla çıxış edir.

 

Xəbər lenti
0